İrəvanda hindistanlı tələbə lomla öldürüldü

İrəvanda hindistanlı tələbə lomla öldürüldü
DÜNYA
15:36 28.08.2022
282
Bu gün İrəvanda tikinti materiallarının satış mərkəzində Hindistan vətəndaşının meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə David Bek küçəsində qeydə alınıb.

Hadisə yerində gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çoxlu zərbə almış və yanında metal lom olan gəncin meyitini aşkarlayıb. Qətlə yetirilən şəxsin İrəvanda universitetlərdən birinə təhsil alan hindistanlı tələbə olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR