İrəvanda metro stansiyalar bomba təhlükəsi səbəbindən boşaldılır

İrəvanda metro stansiyalar bomba təhlükəsi səbəbindən boşaldılır
DÜNYA
19:27 20.07.2022
381
İrəvan metropoliteni hazırda tam olaraq işini dayandırıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, buna bomba təhlükəsi səbəb olub.

Belə ki, nazirlik nümayəndəsinin sözlərinə görə, paytaxt meriyasının elektron adresinə metropolitenin bütün stansiyalarına bomba qoyulması barədə məktub daxil olub.

İnsident barədə polis məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR