İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır

İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır
SİYASƏT
21:30 29.01.2023
152
"Daşnaksütyun” Partiyasının daha bir üzvü – təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda "arzuolunmaz şəxs” elan olunub.

Partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

"Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir", - partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti həmçinin "Daşnaksütyun”un digər fəalları - Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı, partiyanın Niderlanddakı gənclər birliyinin üzvü Syune Abramyanı da "arzuolunmaz şəxslər” elan edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR