İrəvanın eks-merinin işi məhkəməyə göndərilib

İrəvanın eks-merinin işi məhkəməyə göndərilib
SİYASƏT
23:43 16.04.2025
850
İrəvanın keçmiş meri, Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini Qaqik Beqlyan 27 əmlakı mənimsəməkdə ittiham edilir. Onun barəsində açıqlan cinayət işi ilkin istintaqdan sonra məhkəməyə göndərilib. Sabiq məmurun dövlətə 2,3 milyard dram (təxminən 5,7 milyon dollar) ziyan vurduğu iddia edilir.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yayıb.

İstintaq materiallarına görə, 2004-2010-cu illərdə Beqlyan öz vəzifəsindən istifadə edərək əmlakları özü ilə əlaqəli şəxslərin adına keçirib, 2004-2017-ci illərdə isə bu əmlakları ümumi dəyəri 2,3 milyard dram (təxminən 5,7 milyon dollar) olmaqla qanuniləşdirib.

İlkin istintaq zamanı Beqlyan büdcəyə 210 milyon dram (təxminən 530.000 dollar) qaytarıb, həmçinin 27 əmlak vahidinə həbs qoyulub.
OXŞAR XƏBƏRLƏR