İrəvanın sabiq meri Yervand Zaxaryan əmlakının müsadirəsi ilə bağlı iş üzrə prokurorluğa çağırılıb.
Bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Prokurorluq Zaxaryanın və onunla əlaqəli şəxslərin əmlaklarının qanuni yolla əldə olunub-olunmaması barədə araşdırma aparır.
Qeyd edək ki, Zaxaryan 2003-2009-cu illərdə İrəvanın meri olub. 2014-2016-cı illərdə isə Ermənistanın energetika naziri vəzifəsində çalışıb.