"Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə mövcud olan çətin məsələlər dialoq çərçivəsində öz həllini tapacaq”.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
"Ümid edirik ki, liderlər bütün bunları yüksək səviyyədə müzakirə etmək imkanına sahib olacaq. Bununla yanaşı, işgüzar səviyyədə dialoqlar aparılır”, - deyə Peskov qeyd edib.