IRIB: İslamabadda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb

IRIB: İslamabadda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb
DÜNYA
00:39 12.04.2026
238
Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

Bu barədə AZXEBER.COM İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir.

"İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar", - məlumatda deyilir.

Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.

IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.
OXŞAR XƏBƏRLƏR