9 yaşlı məktəbli canına qəsd edib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Alabama ştatında 9 yaşlı qara dərili qız özünü öldürüb.
McKenzie Adams adlı uşaq dekabr ayının 3-də, Linden şəhərindəki evində özünü asıb. Onun cəsədini nənəsi tapıb.
Qohumlarının dediyinə görə "US Jones" məktəbində təhsil alan qız sinif yoldaşlarının təzyiqinə məruz qaldığına görə intihar edib.
Onun intiharına səbəb kimi irqi ayrıseçkilik göstərilib.
Qızın xalası Eddwina Harris ifadəsində bildirib ki, sinif yoldaşları onu daima dərisinin rənginə görə ələ salıb, "eybəcər", "çirkin", kimi sözlər deyiblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.