İrlandiya - Azərbaycan matçını fransalı hakim idarə edəcək

İrlandiya - Azərbaycan matçını fransalı hakim idarə edəcək
İDMAN
12:27 02.09.2021
1213
2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Kristof Fincin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR