İrlandiyada rekord istilik qeydə alındı

İrlandiyada rekord istilik qeydə alındı
DÜNYA
19:47 19.07.2022
376
İrlandiya tarixində iyul ayında ən yüksək temperatur qeydə alınıb.

Bazar ertəsi Dublində temperatur +33 dərəcəyə qalxıb.

İrlandiyanın meteoroloji məlumatlarının tarixində yalnız bir dəfə daha isti temperatur qeydə alınıb ki, bu da 1887-ci ilin iyununda - cəmi 0,3 dərəcə yüksək olub.

"Bu, əslində ən yüksək iyul rekordudur. Bu gün 20-ci və 21-ci əsrlər üçün rekord göstəricidir”, - deyə meteoroloq Liz Qevin bildirib.

Ən azı səkkiz meteoroloji stansiya dünən 30 dərəcə və ya daha yüksək temperatur qeydə alıb ki, bu da iyulun adi 18-20 dərəcə diapazonundan xeyli yüksəkdir.

Rekord qıran temperaturun sona çatması ilə əlaqədar yeddi əyalət üçün tufanla bağlı sarı xəbərdarlıq edilib.

Leysan xarakterli intensiv yağış, bəzi yerlərdə daşqın olacağı ehtimalı var.
OXŞAR XƏBƏRLƏR