İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb

İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
DÜNYA
15:24 05.07.2025
472
İrlandiyanın "Ryanair” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində azı 18 nəfər xəsarət alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə "Diario de Mallorca” nəşri məlumat yayıb.

Qeyd edilib ki, hadisə təxminən saat 01:00 radələrində baş verib. Təyyarə İspaniyanın Palma-de-Mayorka hava limanına eniş edərkən bortda yanğın olduğu barədə məlumat verib.

Bildirilib ki, tibb işçiləri 18 nəfərə yardım göstəriblər. Altı nəfər xəstəxanaya yerləşdirilib.

Təyyarənin modeli və yanğının səbəbləri barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR