Xəbər verdiyimiz kimi, "Qalatasaray"ın sabiq vitse-prezidenti Abdurrahim Albayrakın nəvəsi faciəvi şəkildə vəfat edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Abdurrahim Albayrak ticarət mərkəzinin dördüncü mərtəbəsindən yıxılaraq dünyasını dəyişən nəvəsi haqda kədərli status paylaşıb.
O paylaşığı statusunda bu dərdə necə dözəcəyini və nə edəcəyini bilmədiyini qeyd edib: "Nəvəm, şagirdim Batuhan bu gün Allahın rəhmətinə qovuşdu... Kədərimi sözlə ifadə etmək mümkün deyil. Allah məsum balamı cənnətdə qəbul etsin. Allah səbr versin. Bilmirəm, nə deməli və ya necə dözməli... Cənazə namazımız 21.11.2022 tarixində əsr namazından sonra Eyüp Sultan Məscidində qılınacaqdır".
Qeyd edək ki, İstanbulun Şişli şəhərində "Qalatasaray"ın sabiq baş məşqçisi Abdurrahim Albayrakın nəvəsi 15 yaşlı Batuhan Bostancı ticarət mərkəzinin yeməkxanasında eyvandan yıxılaraq dünyasını dəyişib.
Günel
