İş adamı Rəşad Qafarovun cənazəsi Bakıyə göndərilir

İş adamı Rəşad Qafarovun cənazəsi Bakıyə göndərilir
SOSİAL
14:14 04.07.2017
902
Çexiyada qətlə yetirilmiş azərbaycanlı iş adamı Rəşad Qafarovun cənazəsinin iyulun 12-də Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bildirib.

F. Şəfiyevin sözlərinə görə, cənazənin Azərbaycana gətirilməsi ilə bağlı mərhumun ailəsinə konsulluq yardımı göstərilir.

Səfir qeyd edib ki, azərbaycanlı biznesmenin ölümün səbəbləri barədə onlara hələlik rəsmi məlumat verilməyib: "Polis tərəfindən şifahi şəkildə bildirilib ki, onun öldürüldüyü güman edilir. Məhkəmə tibbi ekspertizanın rəsmi nəticələri də hələ yoxdur.

Rəşad Qafarov 2008-ci ildən burada xüsusilə yükdaşıma və nar şirəsinin satışının təşkili işi ilə məşğul idi. 2015-ci ildə onun "Panalpina” şirkəti ilə problemi yaranmışdı. Azərbaycanda məhkəmə də olmuşdu. Lakin bu məsələ sonradan həll olundu, tərəflər razılığa gəldi. Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporunda da nüfuza və müsbət imicə malik idi”.

Fərid Şəfiyev Raşad Qafarovla işgüzar münasibətlərinin olması barədə məlumatlara da münasibət bildirib: "Bu xəbərlər böhtan xarakteri daşıyır. Mən dövlət məmuruyam, işgüzar münasibətlərim ola bilməz. Bu məlumatlar istintaqa mənfi təsir göstərir. Çünki mənbəyi açıqlanmır. Onun bütün biznes tərəfdaşları Çexiyada məlumdur. Bu məlumatları açıq şəkildə internetdən də əldə etmək olar. Azərbaycanda da hansı şirkətlərlə işlədiyi məlumdur. Ona görə də hesab edirəm ki, bu, istintaqı yayındırmaq məqsədi ilə yayılan məlumatdır. Bu böhtanla bağlı ölçü götürülməlidir”.

Qeyd edək ki, ötən gün Çexiyanın "Nova TV" televiziyası azərbaycanlı iş adamı, "Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarovun maşınında ölü tapıldığı barədə məlumat yayıb.

Onun üzərində bıçaq xəsarətlərinin olduğu deyilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq