Namibiyada səhra aslanlarını dəstəkləmək üçün külli miqdarda pul xərcləyən iş adamı sanitar qovşağa getmək üçün düşərgə çadırından çıxarkən aslanlardan birinin hücumuna məruz qalıb və parçalanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Kunene bölgəsində baş verib.
Belə ki, 59 yaşlı Kebbel həyat yoldaşı Conny Kebbel və bir qrup dostu ilə düşərgə salıb. Kebbel sanitar qovşağa getmək üçün qrupdan uzaqlaşan zaman dişi aslanın hücumuna məruz qalıb.
Turizm Nazirliyi və polisin hadisə yerində topladığı məlumata görə, Kebbel boyun nahiyəsindən dişləndikdən sonra ölüb.
Qeyd edək ki, Bernd Kebbel xüsusilə Namibiyada səhra aslanlarını qorumaq işi ilə tanınıb. Hadisə insanların nəsli kəsilmək təhlükəsi ilə üzləşən səhra aslanları ilə eyni ərazilərdə olmağının risklərini gündəmə gətirib.
Oksana