İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır

İQTİSADİYYAT
13:35 13.06.2019
2762
Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə biznes forum keçirildi. 200-dək iş adamının iştirakı ilə baş tutan tədbirdə vergi və gömrük sahələrinə dair aktual olan məsələlər ətrafında müzakirələr aparıldı.
 
"Vergi" və "Gömrük" panellərinə qatılan qonaqlar suallarını AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə ünvanlayıblar. Bununla yanaşı, biznes forum sahibkarlar üçün əlaqələrinin genişləndirilməsi baxımından faydalı platforma rolunu oynadı.

Foruma qatılan sahibkarlar tədbiri yüksək qiymətləndirib, olduqca faydalı məlumatlar əldə etdiyini bildiriblər. Onların əksəriyyəti hesab edir ki, AccessBank bu tədbiri ənənəyə çevirməlidir.

Belə düşünən qonaqlardan biri fərdi sahibkar Qoşqar Rüstəmovdur: "İlk növbədə AccessBank-a təşəkkür edirəm ki, iş adamları üçün belə bir fürsət yaratdı. Bildiyimiz kimi, son 2-3 il ərzində vergi və gömrük sahəsində qanunvericiliyə ciddi dəyişikliklər edildi. Bu baxımdan hesab edirəm ki, hətta ən məlumatlı sahibkar belə bu cür tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə etmək imkanı qazanır. Tədbirdə sözün yaxşı mənasında gərgin diskussiyanın şahidi olduq. Bu tədbirdən öncə biz digər iş adamları ilə müzakirə apardıq və beynimizdə bir sual canlandı: bu qədər məsrəf AccessBank-a nə üçün lazımdır? Mənə elə gəlir ki, bu sualın cavabını tapmaq üçün AccessBank-ın səhmdarlarının siyahısına baxmaq kifayət edər. Başqa sözlə, AccessBank Asiya müdrikliyi və Avropa intizamı nümayiş etdirərək müştərilərinin maliyyə savadlılığını artırır".

"Narda Park" MMC-nin rəhbəri Ənvər Qasımov isə deyir ki, tədbirdə iştirak etməklə bütün suallarına cavab tapdı: "Açığı iş qrafikimin olduqca gərgin olmasına baxmayaraq, illərdir müştərisi olduğum AccessBank-ın təşkil etdiyi biznes foruma qatıldım və çox faydalı məlumatlar əldə etdim. Bir çox sahibkarlar kimi, mən də bu biznes forumun ənənəyə çevrilməsini arzulayıram. Forumda olduqca maraqlı suallar qaldırıldı və mən sevinirəm ki, heç bir sual cavabsız qalmadı".

"Real Group" MMC-nin maliyyə direktoru Həmid Qurbanov da ümid edir ki, biznes forum gözəl ənənəyə çevriləcək: "Əvvəla, biznes forumun yüksək səviyyədə təşkil olunduğu üçün AccessBank-ın komandasına təşəkkür edirəm. Forumda vergi və gömrük sahələrinə dair olduqca maraqlı və aktual məsələlər qaldırıldı. Spikerlərin seçiminə görə AccessBank-a xüsusi təşəkkür etmək istərdim. Çünki ünvanlanan sualları dəqiq, əhatəli və konkret misallar göstərməklə cavablandırmaq çox vacibdir. Ümid edirəm ki, ilk dəfə keçirilən biznes forum gözəl ənənə halını alacaq. Sahibkarların bu cür tədbirlərə çox ehtiyacı var".
 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:11 05.06.2020

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

10:47 05.06.2020

Şəhidlərimizin məzarı yanındakı Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTO

10:41 05.06.2020

Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

10:39 05.06.2020

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

10:38 05.06.2020

Mətbuat Şurası həftəsonu qadağalarla bağlı jurnalistlərə müraciət etdi

10:08 05.06.2020

Almaniyada bir gündə koronavirusa 475 nəfər yoluxdu

10:06 05.06.2020

Bahalı avtomobil həvəskarı olan azərbaycanlı bloqerin maşını Rusiyada saxlanıldı - FOTO

10:00 05.06.2020

Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı

09:56 05.06.2020

Samuxda anlaqsız vəziyyətdə tapılan kişi ailəsinə təhvil verildi - FOTO

01:10 05.06.2020

Cənab Prezidentin bu təqdirəlayiq addımı hər bir kəs üçün nümunə olmalıdır

23:36 04.06.2020

Emin Ağalarov koronavurusa yoluxubmuş - özü danışdı

23:22 04.06.2020

Azərbaycanın müdafiə sədləri - memarlığın şanlı tarixi

23:19 04.06.2020

ÜST: Dünyada koronavirus qurbanlarının sayı 383 minə çatır

22:41 04.06.2020

Bakıda tələbə qız intihar etdi

22:20 04.06.2020

”Prezidentin tibbi maskadan istifadə etməsi hər bir vətəndaş üçün nümunə olmalıdır”

22:11 04.06.2020

Prezident: "Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik"