İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası “Dost” nominasiyasına layiq görülüb - FOTOLAR

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası “Dost” nominasiyasına layiq görülüb - FOTOLAR
İQTİSADİYYAT
18:24 05.03.2026
180
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub. 

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, şirkət və QHT nümayəndələri, həmçinin İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) da təmsil olunub. 

Forumda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov vergi sisteminin makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi idarəetmədə mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə mövcud makroiqtisadi sabitlik, əlverişli biznes mühiti və özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək vergi sahəsində aparılan islahatların və rəqəmsallaşmanın sahibkarlığın inkişafına töhfə verdiyini qeyd edib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli 2025-ci ildə vergi və sosial daxilolmaların 24,2 milyard manata yaxın olduğunu və bunun ümumi fiskal yığımların 79,1 faizini təşkil etdiyini bildirib. O, həmçinin vergi sistemində data əsaslı qərarvermə modelinə keçid və rəqəmsal ekosistemin formalaşdırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Sonda forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyiciləri təltif olunublar.

Forumda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası da "Dost” nominasiyasına layiq görülüb. Təltif Assosiasiyanın İdarə Heyətinin sədri Tural Mustafayevə təqdim olunub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR