İş masanız üçün hansı talisman uyğundur? - Doğum tarixinizə görə ipucu

İş masanız üçün hansı talisman uyğundur? - Doğum tarixinizə görə ipucu
SOSİAL
09:56 29.06.2026
177
Numeroloqların fikrincə, iş masasının üzərində düzgün seçilmiş talisman uğur və müsbət enerji cəlb edə bilər. Onların iddiasına görə, hansı əşyanın uyğun olması insanın doğum tarixindən asılıdır. 

AZXEBER.COM Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə "Times of India” yazır.

1, 10, 19 və 28-ci günlərdə doğulanlar

İdarəedici planet: Günəş

Təbiətən iddialı və lider ruhlu insanlar hesab olunurlar. Numeroloqlar iş masasına yeddi atın təsviri olan rəsm və ya heykəlcik qoymağı tövsiyə edirlər. Bunun karyera məqsədlərinə çatmağa kömək edəcəyi bildirilir.

2, 11, 20 və 29-cu günlərdə doğulanlar

İdarəedici planet: Ay

İntuitiv və həssas xarakterə malik olduqları qeyd olunur. Kristaldan hazırlanmış tısbağa fiqurunun daxili tarazlığı qorumağa və motivasiyanı artırmağa kömək edəcəyinə inanılır.

3, 12, 21 və 30-cu günlərdə doğulanlar

İdarəedici planet: Yupiter

Nikbin və mənəviyyata önəm verən insanlar hesab olunurlar. Gülən Budda heykəlciyinin ətraf mühitə müsbət enerji gətirdiyi iddia edilir.

4, 13, 22 və 31-ci günlərdə doğulanlar

İdarəedici planet: Rahu

Sabitliyə can atan insanlar üçün gümüş fil heykəlciyi tövsiyə olunur. Numeroloqların fikrincə, bu talismanın maliyyə maneələrini aradan qaldırmağa və özünəinamı artırmağa kömək etdiyi bildirilir.

5, 14 və 23-cü günlərdə doğulanlar

İdarəedici planet: Merkuri

Ünsiyyətcil və öyrənməyə maraqlı insanlar hesab edilirlər. İş masasında dibçəkdə pul ağacı kimi tanınan "Potos” ("Epipremnum”) bitkisinin saxlanmasının maliyyə sabitliyini cəlb etdiyi bildirilir.

6, 15 və 24-cü günlərdə doğulanlar

İdarəedici planet: Venera

Qayğıkeş və məsuliyyətli olduqları qeyd olunur. Çəhrayı kvars daşının həmkarlar və rəhbərliklə münasibətlərdə harmoniyanı qorumağa kömək etdiyinə inanılır.

7, 16 və 25-ci günlərdə doğulanlar

İdarəedici planet: Ketu

Özünü təhlil etməyə və mənəvi axtarışlara meylli insanlar hesab olunurlar. Ənənəyə görə, Qaneşa heykəlciyinin müdriklik bəxş etdiyi və qarşıya çıxan maneələri aradan qaldırdığına inanılır.

8, 17 və 26-cı günlərdə doğulanlar

İdarəedici planet: Saturn

İntizamlı və iradəli xarakterə malik olduqları bildirilir. Numeroloqlar masanın üzərində piramida fiqurunun saxlanmasının maliyyə vəziyyətini möhkəmləndirdiyini və məqsədlərə çatmağa kömək etdiyini iddia edirlər.

9, 18 və 27-ci günlərdə doğulanlar

İdarəedici planet: Mars

Enerjili və məqsədyönlü insanlar hesab olunurlar. Şərq ənənəsində bolluq rəmzi sayılan üçayaqlı qurbağa fiqurunun uğur gətirdiyinə və maliyyə itkilərindən qoruduğuna inanılır.
OXŞAR XƏBƏRLƏR