Çernoqoriyanın Maliyyə Nəzarəti Xidmətinin rəisi Miroslav İvanişeviç çıxılmaz vəziyyətə düşüb. Sosial şəbəkələrdə onun xidməti kabinetində çəkilmiş videosu yayılıb. Görüntülərdən İvanişeviçin kabinetində sekslə məşğul olduğu aydın olur. Görüntülərdə kadr arxasından onunla intim münasibətdə olan qızın da səsi gəlir. Videoda İvanişeviçlə qızın dialoqu da rəisin kabinetində sekslə məşğul olduğunu təsdiqləyir. İvanışeviç: - Səni nimfoman (qadınlarda xəstəlik dərəcəsinə çatan ehtiras) adlandırmaq olar? Qiz: -Yox, mən sadəcə səninlə sevişməyi xoşlayıram. Qeyd edək ki, yerli prokurorluq sözügedən kadrların gercək olduğunu təsdiqləyib. Özünü təmizə çıxarmaq istəyən İvanişeviçin isə üzrü günahından betər olub: “Mən nikahdankənar sekslə cəmi bir dəfə, özü də işdən sonra məşğul olmuşam”. Maliyyə məmurunun dediyinə görə, videoda səsi eşidilən qadın onu şantaj etməkdə davam edir. Faktla bağlı araşdırma aparılır.//teleqraf.com