İş yerindəki yanğın evlərə keçdi: Ölən və yaralananlar var

İş yerindəki yanğın evlərə keçdi: Ölən və yaralananlar var
DÜNYA
14:37 20.12.2023
234
Türkiyənin İstanbul şəhərinin Esenler bölgəsində binanın zirzəmisində yerləşən mebel sexində baş verən yanğın yuxarı mərtəbələrdəki evlərə keçib.  

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esenler Memar Sinan məhəlləsi 95-ci küçəsində yerləşən 3 mərtəbəli binanın birinci mərtəbəsindəki mebel sexində naməlum səbəbdən yanğın baş verib. 

Qısa müddətdə böyüyən yanğın yuxarı mərtəbələrdəki evlərə də keçib.
 
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb qrupları göndərilib. 

Qeyd edək ki, yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülən yanğının baş verdiyi evdə olan 3 nəfər dindirilmək üçün polis bölməsinə aparılıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR