22:21 çərşənbə, 17 Iyul 2019
KRİMİNAL

İş yoldaşını qətlə yetirən məhkəmə qarşısında

16:37, 10.12.2013767
İş yoldaşını qətlə yetirən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 24 yaşlı Yaqub Bayramovun məhkəməsi başlayıb.

AZXEBER.COM-un məlumatına görə, iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Y.Bayramovun məhkəməsi hakim Novruz Kərimovun sədrliyi ilə keçirilir.İttihama görə, bu ilin iyulun 8-də şəhərin 3-cü mikrorayon ərazisində yerləşən restoranların birində ofisiant işləyən Yaqub Bayramovla iş yoldaşı Pərvin Əlizadə arasında mübahisə düşüb. Münaqişə zamanı Yaqub bıçaqla Pərvini qətlə yetirib.Saxlanılan şəxs iş yoldaşını söyüş söydüyünə görə bıçaqladığını bildirib.

XƏBƏR LENTİ