Keniyanın Malindi qəsəbəsində "Hz. İsa ilə aclıqdan görüşəcəyi vədi" verilən və ölüm orucunda həyatını itirənlərin sayının 109-a yüksəldiyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kenyanın Daxili İşlər Nazirləri Kabinetinin katibi Kithure Kindiki açıqlamasında Malindidəki Şakahola meşəsində tapılan cəsədlərin 109-a çatdığı paylaşılıb.
Açıqlamada 5-i uşaq olmaqla daha 11 nəfərin cəsədinin tapıldığı qeyd edilib.
Keniya Qızıl Xaç Cəmiyyəti 112 nəfərin itkin düşdüyünü təxmin edir.
Qeyd edək ki, polis Şakahola bölgəsində meşəlik ərazidə axtarışları davam etdirir.
Ayşən