‘İsa Qəmbər mədəniyyət nümayiş etdirməlidir’ - Azər Niftiyev

SİYASƏT
03:01 28.09.2014
1952

«Etibar Məmmədov AMİP sədrliyindən istefa verib, qurultayda partiya lideri elan olunanda İsa Qəmbər bunu siyasi mədəniyyətsizlik kimi qiymətləndirmişdi.

O, jurnalistin bununla bağlı sualına cavabında “rəhbərlikdən gedirsənsə, gərək partiyanın siyasi həyatına təsir elementlərini saxlamayasan” demişdi.» Bu sözləri AZXEBER.COM-a  jurnalist-ekspert Azər Niftiyev deyib.

«İndi isə İsa Qəmbər başqanlıqdan getdi. Amma bunun baş verdiyi gün onun növbəti dəfə partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürüldü və yeni başqan bəyan etdi ki, İsa Qəmbərlə birlikdə Müsavatı idarə edəcək.

Putini Medvedevlə ötür-ötür oyunu oynamaqda ittiham edənlərin özləri bu gün keçirdikləri qurultayla “rus generalı”nın siyasi texnologiyasını Azərbaycan siyasətinə gətirdilər .

Görəsən bu qədər ziddiyyətlərdən sonra heç olmasa İsa Qəmbər özündə cəsarət tapıb, özü demiş, siyasi mədəniyyət nümayiş etdirib, Müsavatın işlərinə qarışmaqdan çəkinəcəkmi?

Zənnimcə yox.»

 

OXŞAR XƏBƏRLƏR