İsa Qəmbər Pənah Hüseyni Milli Şuraya qoymur?

SİYASƏT
15:40 11.06.2013
1636
Editor.az-a son açıqlamalarından birində politoloq Zərdüşt Əlizadə Pənah Hüseyn və Arif Hacılının Milli Şuradan imtina etməsinin Müsavat başqanı İsa Qəmbərin siyasi sifarişi olduğunu deyib. Onun sözlərinə görə, Pənah Hüseyn və Arif Hacılı müstəqil siyasətçi deyillər və onların müstəqil siyasi qərar verməsi mümkün deyil. Politoloq əlavə edib ki, indiki məqamda İsa Qəmbər öz siyasi iddialarını gizlədə bilmir və öz sadiq tərəfdarlarını qabağa verməklə, geri çəkilməyəcəyinə eyham vurur.

Editor.az məsələyə münasibət bildirmək üçün adı çəkilən tərəflərdən biri, Milli Məclisin sabiq deputatı Pənah Hüseynlə söhbətləşib.

Portalımıza açıqlamasında sabiq millət vəkili Zərdüşt Əlizadənin iddialarına münasibət bildirmək istəmədiyini söyləyib: “Bu Zərdüşt Əlizadənin öz fikridir. Biz kimisə fərqli düşünməyə təhrik edə bilmərik. Mən Milli Şuradan imtina etmişəm və bunun səbəblərini mətbuata açıqlamışam. Bundan əlavə hər hansı fikir bildirmək və şərh vermək niyyətində deyiləm”.

OXŞAR XƏBƏRLƏR