İsa Qəmbər 'Qarabağ'ın uğurundan danışdı

İDMAN
15:16 29.08.2014
1378
Müsavat başqanı İsa Qəmbər “Qarabağ” komandasını və onun baş məşqçisi Qurban Qurbanovu qələbə münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb. ““Qarabağ ” komandası Avropa Liqasının qrup mərhələsinə keçdi. Bu münasibətlə bütün xalqımızı, futbol azarkeşlərini, “Qarabağ”ın bütün heyətini və ilk növbədə bu uğurun memarı Qurban Qurbanovu təbrik edirəm! Qurban Qurbanov və futbolçularımız istedad, peşəkarlıq, fədakarlıq və əzm göstərərək qələbəyə ehtiyacı olan xalqımıza yaxşı bir uğur yaşatdılar. İnanıram ki, bu uğurların davamı gələcək. Həm futbol meydanında, həm də digər mübarizə meydanlarında.

Bir futbol ili boyu “Qarabağ” Avropa səviyyəli yarışlarda iştirak edəcək, Qarabağ adı, problemi, ağrısı Azərbaycan adından Avropaya, dünyaya təqdim olunacaq. Mən inanıram ki, bu, istər torpaqlarımızın azad edilməsi yolunda, istərsə də ölkəmizin Avropaya inteqrasiyası yolunda bir addım olacaq. Və addımların davamı gələcək! Uğurlar olsun, Qarabağ! Uğurlar olsun, Qurban!”

OXŞAR XƏBƏRLƏR