'İşğal altında torpaqlardan çıxdıqdan sonra Ermənistanla əlaqələr qurula bilər' - NAZİR

13:17 07.06.2012
1320
İyunun 8-də Trabzonda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üştərəfli toplantısı, habelə ötən ay Naxçıvanda keçirilmiş Türkiyə-Azərbaycan-İran diplomatik idarələri başçılarının görüşünün əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Bunu Türkiyə Böyük Millət Məclisində çıxış edən xarici işlər naziri Əhməd Davudoğlu bildirib.Onun sözlərinə görə, Ankara bütün qonşularla əlaqələrin yaxşılaşmasını istəyir. Bütün əngəllərə baxmayaraq, Qafqazda sülhə hörmət etdikdən və işğal altında saxladığı Azərbacan torpaqlarından çıxdıqdan sonra Ermənistanla da əlaqələr qurula bilər.Deputatların suallarını cavablandıran Ə.Davudoğlu deyib ki, qonşularla münasibətlərin gərginləşməsinə dair iddialar doğru deyildir. Belə ki, hazırda Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstanla yüksək səviyyəli əməkdaşlıq şurası çərçivəsində sıx əlaqələr mövcuddur.
OXŞAR XƏBƏRLƏR