İşğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanıldı

İşğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanıldı
SOSİAL
12:52 10.04.2021
353
Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən VAZ-2106 markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda "saxla” işarəsi verilib.

Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.
OXŞAR XƏBƏRLƏR