İşbazların növbəti hədəfi müəllimlərdir - Video + Foto

İşbazların növbəti hədəfi müəllimlərdir - Video + Foto
SOSİAL
11:15 20.11.2016
2643
İşbazların bu dəfəki hədəfi müəllimlərdir. Onlara guya diaqnostik qiymətləndirmənin sualları satılır, nəticədə müəllimlər həm imtahandan kəsilirlər, həm də onların pulları mənimsənilir.

Pulunu ödə, diaqnostik qiymətləndirmə imtahanına düşən sual testindən keç. 

Xəzərxəbər.com xəbər verir ki, bir çox saytlar, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına düşən sualları test formasında yerləşdiriblər. Burada bütün ibtidai, Ədəbiyyat, Kimya, Fizika, Coğrafiya, hətta Tarix və başqa fənlər üzrə test sualları var. Hətta A, B, C, D variantlarına qədər. Məsələ burasındadır ki, bəzi işbazlar bu aralar müəllimlərin həssas nöqtələrindən istifadə etməyə başlayıblar.

Onların imtahanda uğur qazanmaq üçün hər yola baş vuracaqlarını bildiklərindən, pul qazanmaq həvəsinə düşüblər. Saytda, sistemə daxil olmaq, yəni onlayn sınaqdan keçmək üçün hesabı artırmaq şərt kimi qoyulub. İstifadəçi bütün bölmələrdən yararlanmaq üçün bir aylıq 3 manat ödəməlidir.

Lətafət Abdullayeva, bir neçə dəfə onların tələsinə düşüb. Hər dəfə də balansından pul silinib.

Təhsil Nazirliyi isə belə fırıldaqlara alət olmamaq üçün xəbərdarlıq edir. Nazirlikdən verilən məlumata görə, tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçmələri vacib hesab olunur. Bu məqsədlə də nazirliyin rəsmi saytında həm forma, həm də məzmun etibarilə diaqnostik qiymətləndirmə imtahanına uyğunlaşdırılan testlər mövcuddur. Müəllimlər, heç bir ödəniş etmədən sadəcə qeydiyyatdan keçərək bu xidmətdən yararlana bilərlər. Müxtəlif saytlarda yerləşdirilən belə test suallarına nazirlik cavabdeh olmadığından, həqiqəti əks etdirməyə bilər.

AzNews.az



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub