“İşçi–işəgötürən əlaqələri onlayn sistemə keçəcək”

“İşçi–işəgötürən əlaqələri onlayn sistemə keçəcək”
İQTİSADİYYAT
12:11 22.01.2026
136
"İşçi–işəgötürən əlaqələri onlayn sistemə keçəcək”

AZXEBER.COM xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.

Onun sözlərinə görə, kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. 

"Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi və əlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib.
Bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR