İşdə vaxt niyə keçmir? - Mütəxəssislər səbəbləri açıqladı

İşdə vaxt niyə keçmir? - Mütəxəssislər səbəbləri açıqladı
SOSİAL
16:13 13.08.2026
456
İş gününün bitməsinə hələ saatlar qaldığını düşünmək, saata baxdıqda isə cəmi bir neçə dəqiqənin keçdiyini görmək... Bir çox insan üçün bu, iş həyatının tanış mənzərəsidir. Bəs iş yerində vaxt niyə bəzən bu qədər yavaş keçir?

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri işin monoton olmasıdır. İnsan hər gün eyni tapşırıqları yerinə yetirdikdə beynin həmin fəaliyyətə marağı azalır və zamanın daha yavaş keçdiyi hissi yarana bilər. Yəni saat günahkar deyil, insan beyninin iş rejimi bir qədər qəribədir.

Digər mühüm amil motivasiya çatışmazlığıdır. Əməkdaş gördüyü işin nəticəsinin qiymətləndirilmədiyini, inkişafına imkan yaradılmadığını və ya əməyinin qarşılığını almadığını düşünürsə, iş saatları onun üçün daha uzun görünə bilər.

İş yükünün düzgün bölüşdürülməməsi də bu hissi gücləndirir. Həddindən artıq iş insanı yorur, lakin kifayət qədər işin olmaması da eyni dərəcədə problem yarada bilər. Gün ərzində məşğuliyyətin az olması insanın daim saata baxmasına, nəticədə isə vaxtın "dayandığını” düşünməsinə səbəb olur.
Psixoloqlar həmçinin iş mühitinin əhəmiyyətini vurğulayırlar. Rəhbərliklə münasibətlər, kollektivdəki atmosfer, işçinin özünü rahat hiss edib-etməməsi və iş yerində sosial münasibətlər onun işə münasibətinə birbaşa təsir göstərə bilər.

Bəzi hallarda isə problem konkret iş yerində deyil, insanın seçdiyi peşə ilə bağlı ola bilər. Şəxs öz maraq və bacarıqlarına uyğun olmayan sahədə çalışdıqda iş günü daha yorucu və uzun görünə bilər.

Maraqlıdır ki, insan sevdiyi və diqqətini cəlb edən işlə məşğul olduqda bunun əksi baş verir. İşə fokuslanma zamanı saatların necə keçdiyini hiss etməmək mümkündür. Buna görə də "vaxt keçmir” hissi bəzən əməkdaşın işə münasibəti və iş prosesinin təşkilindən xəbər verən mühüm siqnal ola bilər.
Ekspertlərin fikrincə, belə vəziyyət uzun müddət davam edirsə, həm işçinin özü, həm də işəgötürən problemin səbəbini araşdırmalıdır. İş prosesinin şaxələndirilməsi, yeni vəzifələrin verilməsi, inkişaf imkanlarının yaradılması və əməkdaşın əməyinin qiymətləndirilməsi iş motivasiyasını artıra bilər.

Nəticə etibarilə, işdə vaxtın keçməməsi sadəcə saata çox baxmaqdan ibarət deyil. Bəzən bir iş gününün niyə insana səkkiz saat yox, sanki səksən saat kimi gəldiyini araşdırmaq iş yerində daha böyük problemləri üzə çıxara bilər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rafinya "Barselona"nın məşqlərinə qayıdıb
18:34 15.10.2026
Rafinya "Barselona"nın məşqlərinə qayıdıb
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:32 15.10.2026
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
18:20 15.10.2026
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
Dağıstan Respublikasına yeni rəhbər seçilib
17:59 15.10.2026
Dağıstan Respublikasına yeni rəhbər seçilib
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
17:58 15.10.2026
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
17:42 15.10.2026
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
17:38 15.10.2026
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
17:32 15.10.2026
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
17:24 15.10.2026
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
17:23 15.10.2026
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
17:21 15.10.2026
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
17:16 15.10.2026
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
17:04 15.10.2026
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
17:03 15.10.2026
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
16:35 15.10.2026
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
Bakı Bəyannaməsi qəbul edildi
16:26 15.10.2026
Bakı Bəyannaməsi qəbul edildi