Yaşı 70-i ötmüş aktyorlar və aktrisaların işlədikləri teatrlardan uzaqlaşdırılması narazılıqla qarşılanır.
AZXEBER.COM "Xezerxeber.az”a istinadən xəbər verir ki, belə aktrisalardan biri Məsuma Babayevadır.
Məsuma Babayeva 1972-ci ildən, yəni ömrünün 50 ilini Gənc Tamaşaçılar teatrına həsr edib. Son 4 ildə isə yaşı ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb. Həm də, dediklərinə görə, böyük təzyiq və israrla çıxarılıb.
Hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkən aktrisa dolanışığının çətin olmasından, dərmanlarını belə ala bilməməsindən, ona əlavə heç bir maddi yardım edilməməsindən gileylidir.
O, səhhətində problem olmasına baxmayaraq, işləmək imkanının olduğunu vurğulayır.
Daha ətraflı "Xezerxeber.az”-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
Ayşən