İşdən çıxarılan icra başçısı 200 min manatı bu sahibkardan istəyibmiş

İşdən çıxarılan icra başçısı 200 min manatı bu sahibkardan istəyibmiş
SOSİAL
21:49 13.01.2026
1803
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

AZXEBER.COM xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur "Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.
OXŞAR XƏBƏRLƏR