İşdən çıxarılan icra başçısı son iclasda "musiqi" ifa etdi - VİDEO

SOSİAL
18:11 16.03.2016
6004
Son günlər adı medianın gündəmindən düşməyən Salyanın sabiq icra başçısı Tahir Kərimovla bağlı daha bir qalmaqallı video yayılıb.
Sayt öz mənbələrinə istinadən iddia edib ki, Tahir Kərimovun işdən çıxarılmasına səbəb məhz bu video olub.
O, müavini Rəşad Cəbrayılovla birlikdə iclasda şeypur çalırmış.
Musavat.com bu videonun həqiqətən də Tahir Kərimova aid olub-olmadığını dəqiqləşdirmək istəyib. Bir neçə mənbə bildirib ki, videodakılar həqiqətən də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovla müavini Rəşad Cəbrayılovdur. Lakin keçmiş başçının nədən bu addımı atdığı haqda məlumat əldə etmək mümkün olmayıb. Tahir Kərimovun bununla bağlı hər hansı izahatı olarsa, onu dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
İndi isə həmin videonu təqdim edirik:
///Politika.az

OXŞAR XƏBƏRLƏR