"İşə gedə bilmirik": Abşeronda güclü yağış fəsadlar törətdi - VİDEO

"İşə gedə bilmirik": Abşeronda güclü yağış fəsadlar törətdi - VİDEO
SOSİAL
13:37 17.04.2025
417
Abşeron rayonunun Məhəmmədəli kəndində yerləşən Nəriman Nərimanov küçəsində yağan güclü yağışdan sonra evlərin həyətlərini və küçələri su basıb.

AZXEBER.COM xəbər verir ki, sakinlərin BAKU.WS-ə verdiyi məlumata görə, yaranan vəziyyət nəqliyyatın hərəkətinə və insanların işə getməsinə ciddi maneə yaradıb. Qeyd olunur ki, bəzi vətəndaşlar səhər saatlarında evlərini tərk edə bilməyib.

Sakinlər uzun müddətdir bu problemin mövcud olduğunu və hər yağıntıdan sonra eyni mənzərə ilə qarşılaşdıqlarını bildirirlər. Onlar problemi aradan qaldırmaq üçün tədbir görülməsini tələb edirlər.
 

OXŞAR XƏBƏRLƏR