İşə götürülməyən professordan dəhşətli əməl: 3 nəfəri öldürdü

İşə götürülməyən professordan dəhşətli əməl: 3 nəfəri öldürdü
DÜNYA
12:25 08.12.2023
212
Müraciəti qəbul edilməyən akademik polislə atışmada 3 nəfəri öldürüb və ölüb.

AZXEBER.COM xəbər verir ki, ABŞ mətbuatında dərc olunan xəbərdə Las-Veqasdakı Nevada Universitetində (UNLV) 3 nəfəri qətlə yetirən silahlı şəxs məktəbə iş üçün müraciət edən, lakin işə götürülməyən akademik olub.

60 yaşlarında akademik kimi təsvir edilən şübhəli polislə atışmada öldürülüb.

Səlahiyyətlilər hələlik şübhəlinin adını açıqlamasa da, CBS News onun Entoni Polito olduğunu bildirib.

Polis qurbanların adlarını açıqlamayıb.
 
KİV-in məlumatına görə, ölənlərin heç biri tələbə olmayıb. Hadisə zamanı bir nəfər də yaralanıb.

CBS News xəbər verir ki, Corciya və Şimali Karolinada dərs deyən keçmiş akademik Polito UNLV-də bir vəzifə üçün müraciət edib, ammaişə düzəlməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR