İşə velosipedlə gedərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişdi

DÜNYA
12:24 17.12.2024
123
İşlədiyi çörək sexinə velosipedlə gedərkən avtomobil tərəfindən vurulan Əfqanıstan əsilli Fahım Kazsza (40 yaş) adlı şəxs həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində baş verib.
 
Qəza gecə yerli saatla 04:00 radələrində baş verib. Kazsza avtomobilin altında təxminən 100 metr sürünüb. Hadisəni törətdikdən sonra sürücü maşını ilə qaçıb.
 
Ətrafdakıların xəbərindən sonra əraziyə polis və təcili yardım qrupları sövq edilib. 
 
Araşdırma zamanı Kazszanın səkidəki velosiped yolundan istifadə etmədiyi müəyyən edilib. Kazszanın cansız bədəni yarılma üçün ekspertizaya aparılıb.
 
Polis qaçan sürücünü axtarır.
 
Oksana

OXŞAR XƏBƏRLƏR