Kuryer işə başladığı gün qəzada öldü

Kuryer işə başladığı gün qəzada öldü
DÜNYA
16:49 10.08.2022
534
Türkiyədə qəzada yaralanan kuryer işə başladığı gün dünyasını dəyişib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Sakaryada kuryer işləməyə başlayan Enes Aygüneş ilk iş günü yol qəzasında yaralanıb. Aygüneş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə Adapazarı Şeker Mahallesi Ak Sokakda baş verib. Zəncirvari yol qəzasında pikap, mikroavtobus və motosiklet toqquşub. Qəzada kuryer olan Enes Aygüneş yola atılaraq yaralanıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR