"Məqsəd işaxtaran və ya işsiz şəxslərə qısa müddət ərzində ixtisaslı kadrların hazırlanmasıdır"

"Məqsəd işaxtaran və ya işsiz şəxslərə qısa müddət ərzində ixtisaslı kadrların hazırlanmasıdır"
SOSİAL
12:49 10.10.2022
134
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli ilə yanaşı, sosial tərəfdaşlarımız olan işəgötürənlərə dəstək məqsədli proqram və layihələr icra olunur. Agentliyin 24 fəaliyyət istiqaməti mövcuddur. Bu istiqamətlərin mühüm bir hissəsi məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
 
Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə dəstək məqsədli hansı fəaliyyət istiqamətləri mövcuddur?
 
Vakansiya bankı – Vakansiya bankı işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri üzrə kadr ehtiyaclarının təmin edilməsinə yönəlmiş xidmət formasıdır. Bu fəaliyyət istiqaməti vasitəsilə Agentlik tərəfindən işəgötürənlərin tələblərinə uyğun kadrların tapılması və vakansiya üzrə yönləndirilməsi təmin edilir.
 
Peşə hazırlığı – Agentlik tərəfindən mühüm bir yenilik olaraq peşə hazırlığı məhz işəgötürənlərlə əməkdaşlıq çərçivəsində adambaşına maliyyələşmə mexanizmi əsasında həyata keçirilir. Məqsəd işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasıdır.
 
Əməkhaqqının maliyyələşdirilməsi – Bu fəaliyyət istiqaməti həm işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək, həm də işəgötürənlərə dəstək olmaq məqsədi daşıyır. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
 
Əmək yarmarkaları – Bu xidmət işsiz və işaxtaran şəxsləri işəgötürənlərlə bir araya gətirmək, onların düzgün kadr seçimi aparmasına şərait yaratmaq məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbiridir. Yarmarkalar işəgötürənlərlə birgə təşkil edilir və onlara öz xidmət və layihələrini, vakansiyalarını təqdim etməyə şərait yaradılır.
 
Sosial tərəfdaşlarla iş – Agentlik fəaliyyət istiqamətləri çərçivəsində işəgötürənlərlə faydalı əməkdaşlıqların qurulması, işəgötürənlərin Agentliyin sahibkarlara dəstək istiqamətli layihələrindən faydalanması, fəaliyyət istiqamətləri daxilində işəgötürənlərin maarfiləndirilməsi ilə bağlı faəliyyət göstərir.
 
Bundan başqa, Agentlik tərəfindən sahibkarlarla birgə layihələr həyata keçirilir, onların dövlət tərəfindən həyata keçirilən proqram və layihələrdə iştirakına imkan yaradılır. Agentlik tərəfindən əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini təmin edən elektron platforma - "Əmək və məşğulluq” altsistemi yaradılıb. ƏMAS ölkədaxili bütün işəgötürənlər, işə qəbul olanlar, mərkəzi  və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır. İşəgötürənlər üçün sistemin əsas üstünlüyü altsistem vasitəsilə işçi ilə rəsmi münasibətlər və sənədləşmələrin kağız daşıyıcılarından elektron formaya keçməsidir.
 
İşəgötürənlər Dövlət Məşğulluq Agentliyin fəaliyyət istiqamətləri, layihə və proqramlarından yararlanmağa, birgə əməkdaşlıqda aktiv olmağa dəvət edirik.
 
İşəgötürənlərə dəstək göstərir, işsizlərə iş imkanı yaradırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"