"İşgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır" - Prezidentin mətbuat katibi

"İşgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır" - Prezidentin mətbuat katibi
SİYASƏT
17:39 02.12.2014
1496
“ABŞ-da söz azadlığı sahəsində də böyük problemlər mövcuddur”.
Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur.
AZXEBER.COM Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımovun APA-ya müsahibəsini təqdim edir:
- ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsinə münasibətiniz necədir?
- Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti sözçüsünün bəyanatı ilə bağlı əvvəla onu demək istərdim ki, xanım Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir.
Ona görə də onun Azərbaycanla bağlı dünən söylədiyi fikirlər məndə bir o qədər də təəccüb hissi doğurmur. Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin.
Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır. Ferqyusonla bağlı bu yaxınlarda ABŞ-ın onlarla şəhərində baş vermiş hadisələr bir daha bunu aydın şəkildə nümayiş etdirdi.
Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri nümayəndələri obyektiv fikir söylədiklərinə görə böyük təzyiqlərə məruz qalır, hətta işdən çıxarılır. ABŞ-da fundamental insan haqlarının pozulması və azadlıqlara məhdudiyyət qoyulması ilə bağlı çox faktlar gətirmək olar.
Azərbaycana gəldikdə isə, ölkəmizin 20 ildən bir az artıq müddətdir ki, müstəqillik əldə etməsinə və Ermənistanın təcavüzü ilə bağlı müharibə şəraitində yaşamasına baxmayaraq, demokratik inkişaf yolunda çox böyük uğurlar əldə edilmiş və Azərbaycan hökuməti bu istiqamətdə səylərini daim artırmaqdadır.
Bir daha xanım Psakini bu faktları danmamağa və ümumiyyətlə, öz çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”