Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu AZXEBER.COM-a danışıb.
Hazırda Kiyevdə olan diaspor rəhbəri ölkədəki son durum haqda geniş açıqlama verib.
O bildirib ki, Ukrayna xalqının hər keçən gün özünə inamı daha da artır.
O həmçinin qeyd edib ki, Ukrayna xalqı humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdardılar: "Azərbaycanın Ukraynaya humanitar yardımı, eyni zamanda Bakıda Ukraynaya dəstək mitinqi burada böyük sevinclə qarşılandı. Ukrayna xalqı Azərbaycana minnətdarlığını bildirdi",
Həmin müsahibəni təqdim edirik: