İŞİD qruplaşması sosial şəbəkələr vasitəsilə tərəfdarlarına müraciət edərək Avropadakı yəhudilərə hücum etməyə çağırıb.
Terror təşkilatı tərəfdarlarını dindar yəhudi libasında bu aksiyaları gerçəkləşdirməyə çağırır. Onların fikrincə, bu libaslar onlara daha çox silah gizlətməyə imkan verəcək.
Belçika hökuməti bu videoşarxlardan sonra öz polislərini hazırlıq vəziyyətinə gətirib. Belə ki, terrorçular Antverpen vağzalına hücum üçün çağırışlar verib.