İŞİD böyük qaz yatağını ələ keçirdi

İŞİD böyük qaz yatağını ələ keçirdi
DÜNYA
14:57 03.11.2014
1204
İŞİD üzvləri Suriyanın Homs əyalətində qaz yatağını tutduqlarını bildiriblər.
Terrorçular Suriya ordusunun xeyli sayda sursat və texnikasını ələ keçiriblər.
29 oktyabrda Suriya İnsan Haqları Evi İŞİD-in Homsun şərqində yerləşən “Əş-Şaer” qaz yatağına hücumu xəbərini vermişdi. Hücum zamanı Əsəd rejiminin 30 əsgəri öldürülüb.
Bu yay Suriya ordusu Homs qaz yataqları üzərində nəzarəti bərpa etsə də, İŞİD üzvləri bu əraziləri geri qaytara biliblər.
///Avropa.info
OXŞAR XƏBƏRLƏR