‘İŞİD-ə qarşı quru əməliyyatın keçirilməsi vacibdir’ - Ərdoğan

‘İŞİD-ə qarşı quru əməliyyatın keçirilməsi vacibdir’ -  Ərdoğan
DÜNYA
00:21 08.10.2014
1474

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin Suriyaya və İraqa müdaxilə etməmək siyasətini kəskin tənqid edib.

Ərdoğan Türkiyənin cənubundakı Qaziantep şəhəri yaxınlığında “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.     

 “Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.

Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik zonası elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir. O bir daha Türkiyənin Süleyman Şahın Suriyadakı məqbərəsini qorumağa hazır olduğunu qeyd edib.  

Türkiyə prezidenti ölkədə müxtəlif ölkələrdən, xüsusən də, Suriyadan gəlmiş 1,5 mln-dək qaçqının olduğunu xatırladaraq, hökumətin onların təminatına 4 mld dollardan çox vəsait ayırdığını qeyd edib.    

“Siz heç vaxt bizim üçün tük olmayacaqsınız. Biz sizə yardım etmişik və edəcəyik. Qərb isə yalnız müşahidə edir. Onlar yalnız danışırlar, amma, nə isə etmək lazım gəldikdə -  onları tapmaq olmur. Avropa yalnız 130 min qaçqın qəbul edərək, sərhədləri bağladı. Biz Qərb dövlətlərindən qaçqınlara yardım üçün cəmi 200 mln dollar aldıq, bütün qalan vəsaitləri Türkiyə öz büdcəsindən ayırıb”, deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, “İŞİD” qüvvələrinin kürd muxtariyyətinin ən iri mərkəzlərindən biri olan Kobani şəhərinə hücumu davam edir, 60-dək kürd kəndi terrorçuların nəzarəti altına keçib. Kobaninin  140 minədək dinc sakinin Türkiyəyə qaçdığı, Türkiyədən isə döyüş bölgəsinə 1500-dək kürd könüllülərinin gəldiyi bildirilir.

Qeyd edək ki, Türkiyə hökumətinin Suriyadakı münaqişəyə müdaxilə etməmək siyasətinə etiraz olaraq Türkiyənin bir çox şəhərlərində kürd əhalisi aksiyalar keçirilib. Aksiyalar zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi