İŞİD-in Türkiyə ilə bağlı dəhşətli planı - ŞOK İDDİALAR

İŞİD-in Türkiyə ilə bağlı dəhşətli planı - ŞOK İDDİALAR
DÜNYA
21:25 01.08.2015
3634
İŞİD terror təşkilatı ilə bağlı “İŞİD: Barbarlıq dövləti” adlı araşdırma kitabı dərc edən suriyalı müxalif və insan hüquqlarının müdafiəçisi Haysem Manna şok iddialar səsləndirib.AZXEBER.COM-un məlumatına görə, Publika.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Manna İŞİD-in Türkiyədə terror aktları təşkil etməsi üçün vaxtın gəldiyini deyib.Türkiyənin İŞİD tərəfindən “İslam dövləti” layihəsinə daxil edildiyini xatırladan suriyalı müxalif terror təşkilatının Türkiyədə səssiz şəkildə təşkilatlandığını, hücumlarda ilk hədəfin şiələr, kürdlər və digər azlıqlar olacağını söyləyib.Manna qeyd edir ki, Ankara qonşu Suriya və İraqda baş verən proseslərdən dərs almalıdır: “2000-ci illərdə Suriyadakı vəhhabi hərəkatı çox zəif idi. Döyüşmək üçün Livanın şimalındakı bəzi düşərgələrə gedən kiçik qruplar var idi. Onlardan bəziləri Livan ordusu tərəfindən məğlubiyyətə uğradılan zaman Suriyaya keçdilər. Hamısı Suriyada həbs olundu və Səid Naya həbsxanasına göndərildi. 2011-ci ilin mayında verilən amnistiya ilə Bəşər Əsəd bu insanların hamısını azad etdi. Rejim onların Suriyada təşkilatlanmadığını, həbsxanadan çıxsa belə təhlükəli olmayacağını düşündülər. Amma indi çox yaxşı bilirik ki, onlar bir çox şəhərdə heç bir təbliğat aparmadan çalışırdılar və mübarizəyə hazırlaşırdılar. Amnistiyadan bir ay sonra “Ahrar`uş Şam” quruldu, üç həftə sonra “Əl-Nüsra” Cəbhəsi fəaliyyətə başladı. Bu təşkilatları üç həftə, yaxud da bir ayda qurmaq mümkün idimi?”Manna Suriyanın 2000-ci illərin əvvəllərində İraqda baş verən qarşıdurmalar zamanı radikal islamçı qruplaşmaların ölkədən İraqa keçməsinə göz yumduğunu, bunun təhlükə yaratdığını görmədiyini, hazırda da Türkiyənin eyni səhvi etdiyini dilə gətirib: “2003-cü ildə Suriya rəhbərliyi İŞİD-in qurucusu və “Əl-Qaidə”nin liderlərindən olan Əbu Musab Əl-Zerkaviyə və digərlərinə kömək etdi. Suriya cihadçıların İraqa getməsinə göz yumaraq onları dəstəklədi. İndi Türkiyə də eyni şeyi edir. Bizə gələn məlumatlara görə, son 16 ayda İŞİD və “Əl-Nüsra” Cəbhəsindən 1200 nəfər Türkiyədən Suriya və İraqa gedib. Bu günə qədər İŞİD-dən 12 mindən çox insan sərhədi keçib. Bu məlumatı əvvəllər İŞİD-in sıralarında olan, hazırda İŞİD-dən uzaqlaşan bir çox insandan almışıq. Türk xalqı bu radikalları dəstəkləməz. Buna görə də səssiz bir şəkildə yeraltında işləyirlər və ölkə miqyasında şəbəkələri var. İŞİD-in Türkiyədə 3 mindən çox üzvü var”.İŞİD-in neftinin qeyri-qanuni yollarla Türkiyədən başqa İrana da daxil olduğunu və bu işdə terror qruplaşmasına Şimali İraq kürd muxtariyyətinin bəzi iş adamlarının da kömək etdiyini iddia edən Manna son vaxtlar bu dəstəyin kəsildiyini söyləyib.İŞİD-in Türkiyədə atacağı addımlara gəlincə, suriyalı müxalif terror təşkilatının təməlini atan Əbu Musab Əl-Zerkavinin İraqda getdiyi yola diqqət çəkir: “Məncə Türkiyədə İraqda getdiyi yolu gedəcəklər. Şiələrə amerikalılardan daha çox hücum etdilər. Türkiyədə də şiələrə, kürdlərə və digər azlıqlara hücum edə bilərlər. İŞİD türk olmayan qruplara hücum etməyə çalışacaq. Hazırda kürdləri düşmən kimi görürlər, çünki İraqda Peşmərgəyə, Suriyada YPG-yə qarşı döyüşdə xeyli itki veriblər və intiqam hissləri var”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
17:56 18.06.2026
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb