İŞİD terror təşkilatı Suriyada Bəşər Əsəd administrasiyasına sadiq qüvvələrə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində xeyli əsgər ölüb və yaralanıb.
Məlumata görə, İŞİD-in həyata keçirdiyi hücumlarda ən azı 6 əsgər həlak olub, 10-dan çoxu isə yaralanıb.
Suriyada nüfuzunu böyük ölçüdə itirən İŞİD Rakka, Homs, Dəra, Suveyda və Deyr əz-Zor əyalətlərinin bir hissəsini əhatə edən "Badiyə” kimi tanınan səhra bölgəsində hüceyrə quruluşu olaraq varlığını qorumağa çalışır.
Terror təşkilatı zaman-zaman vur-qaç taktikası ilə Əsəd administrasiyası və tərəfdarlarına itkilər verir.
Mikayıl