İşığı yandıranda asılmış meyit gördü - Dəhşətli hadisənin təfərrüatı

İşığı yandıranda asılmış meyit gördü - Dəhşətli hadisənin təfərrüatı
SOSİAL
12:39 05.07.2017
945
Dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Lent.az xəbər verir ki, ilkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR