"Mətbəxi ortaya töküb, tamaşaçını qıcıqlandırmaq olmaz"

"Mətbəxi ortaya töküb, tamaşaçını qıcıqlandırmaq olmaz"
MAQAZİN
11:25 02.03.2026
154
"Tamaşıçıya hər zaman məşhur simaların həyatı maraqlı olub. Bu da normaldır. Amma hər şey çərçivə daxilində olmalıdır. Adam hər özəl yaşantısını ekrana daşımaz".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib.
 
"İncə səhər" verilişində qonaq olan sənətçi bildirib ki, bu kimi hallara müğənnilər özləri şərait yaradır:
 
"Tamaşıçıya hər zaman məşhur simaların həyatı maraqlı olub. Bu da normaldır. Amma hər şey çərçivə daxilində olmalıdır. Adam hər özəl yaşantısını ekrana daşımaz. Bizim qazancımız bəziləri üçün çox cüzidir, bəzi təbəqə üçün də dağ boydadır. Onu insanların gözünə soxmaq olmaz. Elə etmək lazımdır ki, heç kəs qıcıqlanmasın. İnsan mətbəxi çıxardıb ortaya tökməz. Kimin nəyi varsa, özünə qismət olsun. 3 mahnı oxumuşam bu qədər ev almışam, bu qədər maşın almışam kimi söhbətlər çox yanlışdır". 
 
Aysel
OXŞAR XƏBƏRLƏR