Türkiyənin İzmir şəhərinin sakini Sedat K. ilə E.Ş. 5 il əvvəl evlənib. Bir müddət sonra Sedat K.-nın işsiz qalması ailədə münasibətləri gərginləşdirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, maddi problemlərə dözə bilməyən E.Ş. ərindən boşanmaq qərarına gəlib.
Ancak Sedat. K. iş tapacağı barədə söz verib və qadın boşanma qərarından vaz keçib. Ancaq Sedat K. iş tapa bilməyib və gənc qadın evdən ayrılaraq bir başqa kişinin evinə yerləşib. Həyat yoldaşının başqa bir kişinin yanına getdiyini öyrənən Sedat K. dərhal boşanıb.
Sedat K. dostu ilə birgə ticarətlə məşğul olmağa başlayıb. Yaxşı pul qazanan Sedat K. keçmiş həyat yoldaşını tapmaq qərarına gəlib. O, istəyinə çatsa da, keçmiş həyat yoldaşının 15 aylıq oğlunun olduğunu öyrənib.
Həyatına E.Ş. olmadan davam etdirməyə qərar verən gənc adam keçmiş qaynanasından aldığı xəbərlə şok olub. Keçmiş həyat yoldaşının ağır xəstə olan oğlu Kanadada müalicə olunmalı idi.
Sədat K. qazandığı 150 min lirəni körpənin müalicəsi üçün xərcləməyə qərar verib. Atası S. Y. ilə Kanadaya yola salınan körpə 2 ay sonra sağlamlığına qovuşur.
Sədat K.-nın insanlıq dərsi bununla da bitməyib. Sənədsiz silah daşıdığına görə 6 min lirə cərimə olunan S.Y. pulun ödənilməyəcəyi halda həbs olunmalı idi. Sedat K. həmin pulu da ödəyərək keçmiş həyat yoldaşı ilə dini nikahla yaşayan S.Y.-ni həbsdən xilas edib.
"İşin yoxdur" deyərək ərindən ayrılan qadın bütün bunlardan təsirlənərək Sədat K.-nın yanına qayıtmaq istəyib. Ancaq Sədat K. keçmiş həyat yoldaşını qəbul etməyib.