İşıq problemi xəstəxanalara təsir edib? - RƏSMİ

İşıq problemi xəstəxanalara təsir edib? - RƏSMİ
SOSİAL
11:16 03.07.2018
3648
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən qəzaya görə işıqların sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.

Bunu "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.  

O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanalar fasiləsiz elektrik enerjisi ilə təmin edilib. İşıqların sönməsinə görə xəstəxanalarda müalicə olunan xəstələr arasında ölüm faktı qeydə alınmayıb".

Nazirlik rəsmisi əlavə edib ki, təcili tibbi yardım maşınları çağırışlara vaxtında çatıb.  

OXŞAR XƏBƏRLƏR