İşıqforlarda saniyəölçən tablolar yığışdırılır - VİDEO

İşıqforlarda saniyəölçən tablolar yığışdırılır - VİDEO
SOSİAL
23:50 19.03.2026
246
Bakıda işıqforlarda saniyəölçən tablolar yığışdırılır. Buna səbəb yollarda yarana biləcək təhlükələri nisbətən azaltmaqdır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı müşahidələr əsasında məlum olub ki, bir sıra qəzalar saniyəölçənlərin olduğu ərazilərdə baş verir.

Buna görə də yenilənmə işləri aparılır. Proses mərhələli şəkildə həyata keçirilir.

Bəzi sürücülər isə bildirirlər ki, saniyəölçənlərin olması onların işini asanlaşdırırdı.

Nəqliyyat məsələləri üzrə ekspertlər isə deyirlər ki, əksinə, yenilik nəticəsində sürücülər daha diqqətli hərəkət edəcəklər. Nəticədə isə süni tıxaclar azalacaq.

Ekspert Anar Abbasovun sözlərinə görə, bəzi ölkələrdə yalnız yaşıl və qırmızı siqnallardan ibarət işıqforlar tətbiq olunur ki, bu da qəza riskini minimuma endirməyə kömək edir.


OXŞAR XƏBƏRLƏR