İşıqlar sönən vaxt metroda nə qədər sərnişin olub?

İşıqlar sönən vaxt metroda nə qədər sərnişin olub?
SOSİAL
23:27 04.07.2018
7652
"İyulun 2-də baş vermiş hadisə nəticəsində hərəkətdə olan 18 ədəd sərnişin qatarı (9 ədəd stansiyalarda, 9 ədəd panellərdə) dayanıb. Birinci gün 154 sərnişin təxliyə edilib, xəsarət alan olmayıb”.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.

Sədrin sözlərinə görə, iyulun 3-də lkədə yenidən elektrik enerjisinin verilişində yaranmış problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb:

"Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olundu. Bu gün günorta saatlarında metro yenidən öz işini bərpa etdi”.
OXŞAR XƏBƏRLƏR